Cümə , Sentyabr 25 2026
azfa

Əli Xameneinin ərbabı Putin məscidi bombalayıb müsəlmanları qətliam etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən axşam Əli Xameneinin ərbabı Putin Ukraynada məscidi bombalayıb müsəlmanları qətliam etdi.

Rusiya ordusu Ukraynanın Mariupol şəhərində yerləşən Sultan Süleyman və onun xanımı Roksalananın adını daşıyan məscidi bombalayıb. Bu barədə Ukraynanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, məscidə Rusiyanın şəhəri davamlı bombalaması səbəbindən Türkiyənin 80 vətəndaşı və onların uşaqları sığınıbmış. Hələ ki, hücum nəticəsində ölənlərin sayı və kimliyi barədə məlumat yoxdur.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumu Qərb dövlətləri və əksər dünya ölkələri tərəfindən qınanır. Rusiyanı bu hücumda dəstəkləyən azsaylı ölkələrdən başda gələni İran İslam Respublikasıdır.

Həmçinin yoxlayın

Ermənistan prezidenti Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğuladı

GADTB: Ermənistan prezidenti TRIPP layihəsinin (Zəngəzur dəhlizinin) açılmasının zəruriliyini vurğulayıb. O bildirib ki, Azərbaycanla Ermənistan …

Britaniya molla rejimə düşmənçilik fəaliyyətlərinə görə xəbərdarlıq etdi

GADTB: Britaniyanın xarici işlər naziri Devid Lammi İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdə …