Çərşənbə , Sentyabr 23 2026
azfa

Ermənistanla İranın fitnəkarlığı; Ermənistan Təbrizdə konsulluq açmaq istəyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistan Güney Azərbaycanın Təbriz şəhərində konsulluq açmaq üçün İran hökuməti ilə danışıqlar aparır. Bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

Mirzoyan ölkəsinin bu qərarı İranın ötən ilin sonlarında Qafan şəhərində konsulluq açmaq qərarına gəlməsindən sonra qəbul etdiyini deyib.

Mirzoyan, habelə Ermənistanla İran arasında ticarət əlaqələrinin inkişafı və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin açılması istiqamətində intensiv müzakirələrin getdiyini deyib.

Qeyd etmək lazımdır ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın erməni işğalı altında olan torpaqlarını azad etməsindən məmnun qalmayan İran hökuməti ötən iki il ərzində Ermənistana hər cür dəstəyini nümayişkəranə şəkildə artırmağa davam edir. Bu istiqamətdə İran hökuməti əlaltı rəsmiləri vasitəsilə Ermənistanı Güney Azərbaycan şəhərləri ilə ticarət münasibətlərinə sövq etməklə azərbaycanlılar arasında da fikir ayrılığı yaratmağa çalışır.

Həmçinin yoxlayın

Möhsün Rzai Türkiyə və Azərbaycanı təhdid edib: “Hava limanlarınızda uçuş olmayacaq”

GADTB: İran rejiminin Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai televiziya müsahibəsində qonşu ölkələri təhdid …

Şahgölünün “Azərbaycan bağı” kimi dünya irsi siyahısına salınması üçün təşəbbüs irəli sürülüb

GADTB: Təbriz Bələdiyyəsinin Görünüş, Landşaft və Yaşıllaşdırma Təşkilatının baş direktoru Şahgölü tarixi-mədəni kompleksinin “Azərbaycan bağı” …