Bazar ertəsi , Sentyabr 28 2026
azfa

Kazanda Beynəlxalq Türk Kinosu Festivalı keçiriləcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Kazanda martın 21-dən 25-dək Beynəlxalq Türk Kinosu Festivalı keçiriləcək. İlk dəfə keçiriləcək Beynəlxalq Türk Kinosu Festivalında Azərbaycan Respublikası da təmsil olunacaq.

Festivalda Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan nümayəndələri də iştirak edəcək.

İştirakçılar, həmçinin Novruz bayramı şənliklərinə də qatılacaqlar.

Festival çərçivəsində müxtəlif ölkələrin kinematoqrafçıları ilə yaradıcılıq görüşləri keçiriləcək. Tatarıstanın müxtəlif şəhərlərində və bölgələrində festival filmlərinin nümayişi də nəzərdə tutulur.

Həmçinin yoxlayın

Son aylarda Hörmüz boğazından 1 milyarddan çox barrel neft keçib

GADTB: ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) sentyabrın 28-də, bazar ertəsi, “X” sosial şəbəkəsində bildirib …

Sayın Sara xanım Azərsunun Türk Akademisiyənlər Birliyinin beynəlxalq konfransında çıxış edib

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun …

Bir cavab yazın