Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Xameneidən şikayət edənlərin məhkəməsi bağlı qapılar arxasında başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Xameneidən şikayət edən vəkil və hüquq müdafiəşilərinin məhkəməsi bağlı qapılar arxasında başladı.

Yayılan məlumatlara görə, Xameneidən şikayət etmək istəyən beş hüquqşünas və fəalın məhkəməsi bu gün, aprelin 17-də başlayıb.

Həmin beş nəfər Xameneini və digər hökumət rəsmilərini, o cümlədən Həsən Ruhanini vaksinlərin idxalını əngəlləmək və on minlərlə insanı öldürmək ittihamı ilə məhkəməyə verməyə çalışmışdılar.

Həmin şəxslər İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi. Hazırda isə diktator və cinayətkar İran rejimi onları bağlı qapılar arxasında mühakimə edir.

Həmçinin yoxlayın

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …

İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırıldı

GADTB: “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin yaydığı məlumata görə,  Azərbaycana uçuşlar həyata keçirən İran İslam …