Təbrizli fotoqraf Reza Deqati Şuşa haqqında film çəkib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünya şöhrətli fotoqraf Reza Deqati Şuşa haqqında film çəkib. Bununla bağlı Reza Deqati İnstaqram səhifəsində paylaşım edib.

Paylaşımda şəhid Xudayar Yusifzadənin ifa etdiyi “Vətən yaxşıdır” mahnısı fonunda Şuşanın havadan görüntüləri yer alıb.

Reza Deqati paylaşımında X.Yusifzadə haqqında da məlumat verir. Bildirir ki, Xudayar Yusifzadə Bərdədəki Bülbül adına incəsənət məktəbinin parlaq yetirməsi olub. O, Qarabağın işğaldan azad olunması uğrunda müharibə zamanı bir çox cəbhələrdə döyüşüb. Vətənpərvərlik haqqında mahnını ifa etdiyi bu videonu ölümündən iki gün əvvəl anasına göndərib. Onun arzusu opera müğənnisi olmaq idi.

“İndi onun bu ifası Azərbaycanda hər bir evdə məşhurdur. Ona görə də mən bu mahnını filmimin musiqisi olaraq seçdim”, – fotoqraf qeyd edib.

Həmçinin yoxlayın

Molla rejimi adi şəxslərin əmlakını müsadirə etməyə davam edir

GADTB: İranda Tehran Prokurorluğu tərəfindən 250 nəfərin əmlakı müsadirə olunub. Bu barədə İRNA agentliyi məlumat …

Tramp: İranın cavabının qəbul edilməyəcəyini və raket potensialının məhv ediləcəyini bildirdi

GADTB: ABŞ prezidenti Donald Tramp İranın münaqişəyə son qoymaq üçün təqdim etdiyi cavabın Vaşinqton tərəfindən …