Bazar ertəsi , Sentyabr 28 2026
azfa

Azərbaycanlı siyasi məhbus doktor Lətif Həsəni bayram məzuniyyətinə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 6 fevral 2013-cü ildən həbsdə olan Güney Azərbaycanlı siyasi məhbus doktor Lətif Həsəni 2 günlük bayram məzuniyyətinə buraxılıb. Fəal Kərəcin Rəcaişəhr zindanında həbsdə saxlanılır.

Doktor Lətif Həsəninin bu ikinci məzuniyyətidir və irqçi fars rejiminin məhkəməsi fəalın şərti həbs cəzasına razılıq vermir.

Qeyd etmək lazımdır ki, doktor Lətif Həsəni irqçi fars rejiminin Təbriz şəhərində yerləşən məhkəməsində Mahmud Fəzli, Şəhram Radmehr, Ayət Mehrəlibəyli və Behbud Quluzadə ilə birlikdə mühakimə edilərək hər biri 9 il həbsə məhkum edilmişdi.

Həmçinin yoxlayın

Son aylarda Hörmüz boğazından 1 milyarddan çox barrel neft keçib

GADTB: ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) sentyabrın 28-də, bazar ertəsi, “X” sosial şəbəkəsində bildirib …

Sayın Sara xanım Azərsunun Türk Akademisiyənlər Birliyinin beynəlxalq konfransında çıxış edib

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun …

Bir cavab yazın