Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Azərbaycanın tarixi abidələrini dağıdan İran Təbrizdə erməni muzeyi yaradır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın tarixi abidələrini dağıdan İran hökuməti Urmiyanı “kürdləşdirəndən” sonra indi də Təbrizi “erməniləşdirmək” eşqinə düşüb.

Bu gün isə İran hökumətinin rəsmiləri Təbrizdə ermənilərin muzeyinin açılacağını bəyan edib.

Bu barədə məlumat yayan Şərqi Azərbaycan vilayətinin Mədəni Miras, Turizm və Əl Sənayesi Baş İdarəsinin müdiri Əhməd Həmzəzadə bildirib ki, sözügedən muzeyin açılmasının rəhbərlik etdiyi qurumla ermənilərin Şərqi Azərbaycan vilayətindəki baş yepiskopu ilə birgə planıdır.

Maraqlıdır ki, erməni yepiskop Qriqor Çiftçiyan yuxarıda adı çəkilən İran hökuməti qurumunun “əsas məqsəd”lərindən birinin “ermənilərin abidələrini” qorumaq olduğunu deyib. O, indiyə qədər bu idarə tərəfindən Şərqi Azərbaycanda “çox sayda erməni abidələri”nin təmir edildiyini də əlavə etməyi unutmayıb.

Qeyd etmək lazımdır ki, elə Şərqi Azərbaycan vilayəti və Təbrizdə yerli xalq Güney azərbaycanlıların tarixi abidələri dövlət tərəfindən təmir edilmədiyindən dağılıb, bir çoxu isə dağılmaq üzrədir. Belə olan halda İran rejiminin bir ovuc erməninin orada özlərinə aid olduğunu iddia etdikləri tikililəri təmir etməkdə məqsədi sual doğurur.

Həmçinin yoxlayın

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …

İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırıldı

GADTB: “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin yaydığı məlumata görə,  Azərbaycana uçuşlar həyata keçirən İran İslam …