Cənubi Azərbaycan və İranda müəllimlər etiraz aksiyası keçirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün səhər saatlarından Güney Azərbaycanın əksər şəhərləri, eləcə də İran şəhərlərində müəllimlərin etiraz aksiyası başlayıb.

Tehran başda olmaqla, əksər şəhərlərdə kütləvi etiraz aksiyaları keçirilib. Etirazçılar müəllimlərin natamam təsnifatlandırılması qaydasına və Müəllimlər İttifaqının üzvlərinin davamlı və sistematik şəkildə həbsinə etiraz edərək, hazırda çalışan və təqaüdə çıxmış müəllimlərin əmək haqlarının artırılmasını və onlar arasında hüquq bərabərliyini tələb ediblər.

Etiraz aksiyaları bu gün səhər saatlarında Tehranda Təhsil Nazirliyinin və ölkənin digər şəhərlərində təhsil idarələrinin binaları önündə təşkil edilib. Müəllimlərin vəzifə bölgüsü qaydası ötən il verilən vədlərə baxmayaraq, icra edilməyib və təhsil idarələrinin rəsmiləri əsasnamənin bu il hazırlanacağını və may ayında hökumət tərəfindən təsdiqlənə biləcəyini iddia ediblər.

Etiraz edən müəllimlər, habelə təhsildə inhisarçılıq siyasətinə son qoymağa çağırıb, bu siyasətin təhsildən kənarda qalan və işləyən uşaqların sayının artması və sosial böhranın yayılması ilə nəticələndiyini vurğulayıblar.

Qeyd edək ki, müəllimlər son aylarda dəfələrlə kütləvi şəkildə etiraz aksiyası keçiriblər. lakin onların tələbləri yerinə yetirilmir.

Həmçinin yoxlayın

İran və ABŞ arasında yenidən hərbi qarşıdurma ehtimalı artır

GADTB: ABŞ prezidenti Donald Trump-ın İranın yeni təklifindən narazı olduğunu bildirməsindən bir neçə saat sonra, …

Tramp İranın Hörmüz boğazının açılması təklifini rədd edib

GADTB: İran ABŞ-a Hörmüz boğazının açılması və blokadanın dayandırılmasını nəzərdə tutan təklif təqdim edib. Reuters-in …