İran rejimi azərbaycanlı fəal Məkaridust ailəsinə təzyiq göstərir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi azərbaycanlı fəallarla yanaşı, onların ailələrinə təzyiq göstərməkdədir.

GüneyAzərbaycanın Sulduz şəhərində İranın ETTELAAT İdarəsi Türkiyədə yaşayan azərbaycanlı milli fəal Arəş Məkaridustun ailəsinə təzyiq edib.

İranın ETTELAAT İdarəsi aprelin 21-də Türkiyədə yaşayan azərbaycanlı milli-mədəni fəal Arəş Məkaridustun qardaşı Firidun Məkaridustu çağıraraq sorğu-suala tutub.

Rejimin ETTELAAT məmurları heç bir məhkəmə hökmü olmadan onu telefon vasitəsilə idarəyə çağırıb, sattlarla qardaşının fəaliyyəti barədə surğu-suala tutub və təhdid ediblər.

Firidun Məkaridustun yaxınlarının verdiyi məlumata görə, ETTELAAT məmurları Arəş Məkaridustun Türkiyədəki münasibətləri və əlaqələri ilə maraqlanıblar.

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Əyyub Şirinin qeyri-müəyyən vəziyyətdə saxlanılması davam edir

GADTB: Azərbaycanlı mədəni fəal Əyyub Şiri 11 fərvərdin 1405-ci il tarixindən etibarən saxlanılıb və hələ …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …