Təbrizdə və Ərdəbildə narazı müəllimlər etiraz mitinqi keçirdilər- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Təbriz, Ərdəbil və digər bir çox şəhərdə narazı müəllimlər etiraz mitinqi keçirdilər.

Mitinqlərdə sıralanma ilə bağlı qanunun tam icrası, pensiyaların bərabərləşdirilməsi və həbsdə olan müəllimlərin azadlığa buraxılması tələb edilib.

Dünən İranın təhlükəsizlik qüvvələri müəllimlərin həmkarlar ittifaqının fəalları Əli Əkbər Bəqani, Rəsul Budaqi, Məhəmməd Həbibi və Cəfər Ebrahimini həbs edib.

Qeyd edək ki, son zamanlar müəllimlər və təhsil işçiləri əmək haqlarının olduqca aşağı olması və özlərinə qarşı ədalətsizliyə dəfələrlə etiraz ediblər. İran rejimi isə çox sayda fəal müəllimi həbs edib.

Həmçinin yoxlayın

Molla rejimi adi şəxslərin əmlakını müsadirə etməyə davam edir

GADTB: İranda Tehran Prokurorluğu tərəfindən 250 nəfərin əmlakı müsadirə olunub. Bu barədə İRNA agentliyi məlumat …

Tramp: İranın cavabının qəbul edilməyəcəyini və raket potensialının məhv ediləcəyini bildirdi

GADTB: ABŞ prezidenti Donald Tramp İranın münaqişəyə son qoymaq üçün təqdim etdiyi cavabın Vaşinqton tərəfindən …