Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Ukrayna Rusiyanın 26 min hərbçisini məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada məhv edilən hərbçilərinin sayı 26 min nəfərə çatıb.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook” hesabında məlumat yayıb.

Bundan başqa, Rusiyanın indiyə qədər 1170 tankı, 2808 zirehli döyüş maşını, 519 artilleriya sistemi, 185 RYAS-ı, 87 hava hücumundan müdafiə sistemi, 199 hərbi təyyarəsi, 158 helikopteri, 94 qanadlı raketi, 1 980 nəqliyyat vasitəsi, 12 gəmi kateri, 380 dronu və 41 xüsusi texnikası sıradan çıxarılıb.

Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.

Həmçinin yoxlayın

İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırıldı

GADTB: “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin yaydığı məlumata görə,  Azərbaycana uçuşlar həyata keçirən İran İslam …

G7:”İran husiləri silahlandırmağı və dəstəkləməyi dayandırmalıdır”

GADTB: G7 xarici işlər nazirləri bu gün İranı Yəmən husilərini silahlandırmağı və dəstəkləməyi dayandırmağa çağırıb …