İran rejimi və bahalığa qarşı Qolpayiqanda etiraz aksiyası keçirilib – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, axşam İran rejimi və bahalığa qarşı Qolpayiqanda etiraz aksiyası keçirilib.

İran rejimi isə əhalinin kütləvi etirazlarını hərbi qüvvələr və ağır texnika yeritməklə yatırmağa çalışır.

Mayın 17-i axşam saatlarında Çaharmahal və Bəxtiyari, Kohgiluye və Buyer-Əhməd əyalətlərində başlayan etiraz və nümayişlər İsfahan vilayətinin Qolpayeqan şəhərinə də sıçrayıb. Narazı Qolpayeqan əhalisi “Rəisi həya et, məmləkətdən çıx get”, “Diktatora ölüm”, “Mollalar rədd olmalıdır” və s. şüarlar səsləndirərək islam rejimininin idarəçiliyindən bezdiklərini bildiriblər.

Burada baş tutan etirazlar da digər şəhərlərdə olduğu kimi repressiv təhlükəsizlik qüvvələrinin hücumu və bir neçə vətəndaşın həbsi ilə nəticələnib.

https://www.youtube.com/shorts/Wt-mLFgFr5I

Həmçinin yoxlayın

Sayın Mikayil Oyta və Sara xanım Azərsun Sidneydə 23 Aprel – Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı Günü tədbirində-Foto

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Avstraliyanın Sidney şəhərində Türkiyənin Milli Suverenlik …

Molla rejimi ana dilinə görə həbs etdiyi azərbaycanlı fəal Əsgər Fərəcinin son durumu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi ana dilinə görə azərbaycanlı fəal …