Şənbə , Noyabr 21 2026
azfa

BMT azərbaycanlı alim Əhmədrza Cəlali ilə bağlı İrana müraciət edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, BMT mayın 17-də azərbaycanlı alim Əhmədrza Cəlali ilə bağlı İrana müraciət edib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Katibliyi İrana müraciət edərək İsveç-İran vətəndaşı, azərbaycanlı alim Əhmədrza Cəlalinin barəsində çıxarılan edam qərarını ləğv etməyə çağırıb.

Bir neçə gün öncə isə Avropa Birliyinin nümayəndəsi və nüvə müzakirəçisi Enrike Mora mayın 13-də Tehrana səfəri zamanı İran dövlətindən azərbaycanlı alim Əhmədrza Cəlalinin azad edilməsini tələb etmişdi.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə isə müraciətlərə cavab olaraq Cəlalinin ağır cinayətdə ittiham olunduğunu deyib: “Cəlalinin cinayət işi təhlükəsizliklə bağlıdır. O, Avropa ölkələrindən birinin dəstəyi ilə ölkənin milli təhlükəsizliyinə qarşı fəaliyyət edib və nüvə alimlərinin həyatlarının itirilməsinə səbəb olub”.

O, buna baxmayaraq alimin edam hökmünün icrasının başqa bir vaxta təyin olunması yönündə məsləhətləşmələr aparıldığını söyləyib.

Qeyd edək ki, Əhmədrza Cəlali əslən azərbaycanlıdır və 2016-cı ildə İsveçdən İrana elmi konfransa səfər etdiyi zaman həbs olunub. O həmin dövrdən İran rejimi tərəfindən edama məhkum olunmuşdur.

Həmçinin yoxlayın

Qəzvində sakini azərbaycanlı gənc Nemət Əfşarın Çubindər həbsxanasında saxlanılması və qeyri-müəyyən vəziyyətdə qalması davam edir

GADTB: Qəzvində yaşayan azərbaycanlı gənc Nemət Əfşar fars irqçi rejiminin təhlükəsizlik qüvvələri tərəfindən 26 gündür …

Bessent: İran İslam Respublikası rejiminin rəhbərləri tələyə düşmüş yaralı heyvanlar kimidirlər, tezliklə bir-birlərinə hücum edəcəklər

GADTB: ABŞ-ın maliyyə naziri Skott Bessent Newsmax telekanalına müsahibəsində İran İslam Respublikası rejiminin rəhbərlərinin tezliklə …