Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

İranın Mədəni İrsin Mühafizəsi İdarəsi Ərdəbildə məşhur tarixi təpəni dağıdıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Ərdəbildə yerləşən Mədəni İrsin Mühafizəsi İdarəsi Ərdəbildə qədim tarixi ərazini tamamilə dağıdıb.

Ərdəbilin Sümərin kəndi yaxınlığında yerləşən, türkmənşəli Arşakilər dövrünə aid olan Məsəlava tarixi təpəsi İranın Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin rəsmi icazəsi ilə tamamilə dağıdılıb.

Tarixi Qarasu hövzəsində yerləşən həmin tarixi təpə 1979-cu il inqilabından öncə alman və ingilis arxeoloqları tərəfindən araşdırılıb və aparılan tədqiqat təpənin tunc dövrünə aid olduğunu sübut etmişdir.

Yerli sosial media fəallarının verdiyi məlumata görə. Son günlər burada ağır texnikalar qazıntı işləri aparır və çox sayda tarixi əsərlərlə zəngin olan təpənin dağıdılmasına yerli məsullar göz yumurlar.

Məsəlavanın əhalisi də burada burada aparılan işlərə və Azərbaycanın tarixi ərazilərinin məhv edilməsi və tarixi əşyalarının talanması etiraz edirlər. Qeyd edək ki, İran rejimi bu yaxınlarda xaricdəki terrorçularını maliyyələşdirmək məqsədilə tarixi ərazilərin dağıdılması və tarixi əşyaların xaricilərə satışının qanunsuz olmamasına dair qanun qəbul edib.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …