Bazar , Noyabr 29 2026
azfa

Türkiyə “Gökdoğan” və “Bozdoğan” raketlərinin kütləvi istehsalına başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə “Gökdoğan” və “Bozdoğan” raketlərinin kütləvi istehsalına hazırlaşır.

Türkiyə Elmi və Texniki Araşdırmalar Şurasının (TÜBİTAK) nəzdində fəaliyyət göstərən Türkiyə Müdafiə Sənayesi Araşdırma İnstitutunun (SAGE) rəhbəri Gürcan Okumuşun sözlərinə görə, aktiv radiolokasiyalı özütuşlama sistemi ilə təchiz edilmiş raketlərin seriyalı istehsalına hazırlıq son mərhələdədir.

O, qeyd edib ki, hazırda yerüstü, həmçinin təyyarədən buraxılış sınaqları həyata keçirilir.

“Türkiyə son illərdə dərin eşelonlu hava hücumundan müdafiə sistemlərinin inkişafında əhəmiyyətli irəliləyişlər əldə edib. Yaxın, orta və uzaq mənzilli hava hücumundan müdafiə sistemləri üzrə layihələrin bir hissəsi üzrə işlər yekunlaşıb və yeni təşəbbüslər həyata keçirilir. Digərləri arasında Türkiyə hava məkanınındərin eşelonlu hava hücumundan müdafiə sisteminin mühüm komponentinə çevriləcək “hava-hava” raketləri hazırlanır”, – G.Okumuş vurğulayıb.

O xatırladıb ki, hazırda Türkiyə Silahlı Qüvvələrinin arsenalına xarici istehsal olan AIM120, AIM-9X və s. raketləri daxildir.

“Yerli “hava-hava” sinifli raketlərinin işlənib hazırlanması təyyarələri öz döyüş sursatlarımız ilə təchiz etməyə imkan verəcək. Bundan əlavə, bu raketlər əsasında qurudan və dənizdən hədəfləri vurmağa qadir olan digər sinif sursatların hazırlanması da planlaşdırılır”, – o, əlavə edib.

Həmçinin yoxlayın

İran ABŞ qüvvələrinə qarşı hücumları dəstəkləmək üçün Starlink-dən istifadə edib

GADTB: “The Washington Post” qəzeti bir hesabatında yazıb ki, İran İslam Respublikası fevralın 28-də ABŞ …

Azərbaycanın Kürdüstan vilayətinə birləşdirilmiş bölgələrində tarixi türk adlarının dəyişdirilməsi və saxtalaşdırılması cəhdlərinə etiraz

GADTB: İrqçi fars-molla rejiminin yaşıl işığı ilə bölgəyə köçmüş kürdlər tərəfindən həmin rejimin Kürdüstan vilayətinə …