Çərşənbə , Sentyabr 23 2026
azfa

Türkiyədən İsveç və Finlandiyaya NATO-ya üzvlük məsələsində 9 şərt irəli sürdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə NATO-ya üzvlük üçün vetonun götürülməsini istəyən İsveç və Finlandiyaya 9 şərt qoyub. Bu barədə “Yeni Şəfəq” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, şərtlər aşağıdakı kimidir:

1. İsveç və Finlandiya PKK, DHKP/C, İŞİD, FETÖ və onların qolları daxil olmaqla, terror təşkilatları ilə mübarizədə Türkiyəyə dəstək verməlidir;

2. Terror təşkilatlarının müdafiəçisi olan İsveç və Finlandiya terrorla mübarizə üçün lazımi qanuni tənzimləmələr və hüquqi infrastruktur yaratmalıdır;

3. Hər iki ölkədəki PKK-nın qollarına aid nümayəndəliklər bağlanmalıdır;

4. FETÖ fəaliyyətlərinə icazə verilməməli, əlaqəli internet saytları və media orqanları bağlanmalıdır;

5. Ekstradisiya, aktivlərin dondurulması və terrorla əlaqəli dərnəklərin bağlanması tələbləri qarşılanmalıdır;

6. İsveç və Finlandiyada terrorla bağlı şəxslər deportasiya və ekstradisiya edilməlidir;

7. PKK və DHKP/C kimi terror təşkilatlarının aksiya-nümayiş keçirməsinə icazə verilməməlidir;

8. Hər iki ölkə Türkiyə ilə kəşfiyyat paylaşımı etməlidir;

9. Hər iki ölkə Türkiyəyə qarşı müdafiə sənayesi məhdudiyyətlərini aradan qaldırmalıdır.

Həmçinin yoxlayın

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …

İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırıldı

GADTB: “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin yaydığı məlumata görə,  Azərbaycana uçuşlar həyata keçirən İran İslam …