Çərşənbə , Sentyabr 30 2026
azfa

Diktatorların himayədarı Rusiyaya dünya ictimaiyyətindən ağır zərbə

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ, Kanada, Ukrayna və Avropa İttifaqına üzv çox sayda ölkə sabiq Baş Kəşfiyyat İdarəsinin zabiti Sergey Skripalın zəhərlənməsi faktına görə rusiyalı diplomatları ölkədən çıxarır. Təkcə ABŞ-ı 60 rusiyalı diplomat tərk etməli olacaq.

ABŞ Dövlət Departamentindən bildiriblər ki, BMT-də təmsil olunan diplomatlar vəzifələrindən sui-istifadə edən Rusiya kəşfiyyatının əməkdaşlarıdır. Bundan başqa, rəsmi Vaşinqton Rusiyanın Sietl şəhərindəki baş konsulluğunu bağlayacaq.

“Skripal işi”nə görə rus diplomatların qovulduğu ölkələrin siyahısı dərc edilib. Həmin siyahını təqdim edir:

ABŞ – 60

Kanada – 4

Fransa – 4

Polşa – 4

Ukrayna – 13

Estoniya – 1 (hərbi attaşe)

Litva – 3 diplomat, 2 hərbi attaşe

Danimarka – 2

Latviya – 1 diplomat və “Aeroflot”un 1 əməkdaşı

İtaliya – 2

Niderland – 2

Almaniya – 4

Çexiya – 4

Finlandiya – 1

Rumıniya – 1

Xorvatiya – 1

İsveç – 1

Norveç – 1

Albaniya – 2

İspaniya – 2

Macarıstan – 1

Böyük Britaniya – 23 (Ötən həftə çıxarılıb)

Makedoniya – 1

Avstraliya – 2.

Bunlardan başqa Slovakiya, Sloveniya, Portuqaliya, Malta, Lüksemburq, Kipr, İrlandiya, Yunanıstan, Bolqarıstan, Belçika və Avstriyanın da rus diplomatlarının ölkədən çıxarılması ilə bağlı qərar verəcəyi gözlənilir.

Həmçinin yoxlayın

Vens: İran ticarət gəmilərinə hücum etməklə İslamabad anlaşmasını uğursuzluğa düçar edib

GADTB: ABŞ-ın vitse-prezidenti Cey Di Vens amerikalı konservativ jurnalist və podkast aparıcısı Vinsent Koqlyanezi ilə …

Netanyahu İsrailə mümkün hücum barədə xəbərdarlıq edib

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …

Bir cavab yazın