Cümə axşamı , Sentyabr 24 2026
azfa

İran təhlükəsinə qarşı Amerika, İsrail və ərəb ölkələrinin “gizli görüşü” baş tutub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “The Wall Street Journal” qəzeti Amerika, İsrail və Yaxın Şərqdəki bir sıra ərəb ölkələri arasında İranın dron və raketləri ilə bağlı irəliləyişlərinə qarşı mübarizə yollarını müzakirə etmək üçün “gizli görüş”ün keçirilməsi haqqında məlumat yayıb.

Sözügedən qəzet bu barədə iyunun 26-da amerikalı və bölgəsəl mənbələrə istinadən məlumat yayıb. Məlumata əsasən, Amerika rəsmiləri ilə İsrail və regionun bir sıra ərəb ölkələrinin dövlət rəsmiləri arasında mart ayında Misirin Şərm əl-Şeyx şəhərində gizli görüş keçirilib.

Qeyd edək ki, bu, Amerikanın hərbi nəzarəti altında İsrail və ərəb ölkələrindən olan yüksək rütbəli zabitlərin ümumi təhlükə ilə necə mübarizə aparacağını müzakirə etmək üçün bir araya gəldikləri ilk görüş sayılır.

Həmçinin yoxlayın

Ana dilinin və türk adlarının qadağan edilməsi: Türk adlarına görə 14 azərbaycanlı uşaöa doğum haqqında şəhadətnamə verilmir

GADTB: Məktəblərin açılması münasibətilə #بالامین_آدی kampaniyası və @dan.magazin səhifəsi “Mənim «ana dilim» tədris olunmadı; «ana …

Tehrandan Tacikistanın paytaxtına uçan təyyarə yolun yarısından geri qayıdıb

GADTB: İran Mülki Aviasiya Təşkilatının sözçüsü Tacikistana uçan İran təyyarəsinin Türkmənistan hava məkanından keçmək üçün …