Həyat və hakimiyyət hüququ: “Azadlıq, Ədalət, Milli Hökumət”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində azərbaycanlı fəallar Azərbaycan türk millətinin həyat və hakimiyyət hüququna təkid edərək şəhərin divarlarına “Azadlıq, Ədalət, Milli Hökumət” şüarı yazıblar.

Abbas Lisaninin qrafiti təsvir edilən divar yazılarında həmçinin azərbaycanlı siyasi məhbuslara dəstək nümayiş etazadlıq tələb edilib.

Keçən il yayda Təbrizdə əl-Əıhvaz etirazlarına dəstək mitinqi keçirilən zamandan azərbaycanlı milli-mədəni fəallar Güney Azərbaycanın bütün şəhərlərində “Azadlıq, Ədalət, Milli Hökumət” şüarı səsləndirir və divarlara həkk edirlər.

Artıq bir daha Ərdəbil şəhərinin küçə və meydanlarında divarlara ən çox sevilən və səsləndirilən həmin şüarla yanaşı Abbas Lisaninin qrafiti həkk olunub.

Azərbaycan Türk Milləti bu şüarla artıq qəti şəkildə bildirir ki, Güney Azərbaycanın düşdüyü bu ağır durumdan yeganə qurtuluş yolunun “Azadlıq, Ədalət, Milli Hökumət” yəni Güney Azərbaycanın müstəqilliyidir.

Həmçinin yoxlayın

İranlı nazirdən iddia: “Nizami Gəncəvinin bütün şeirləri fars dilindədir”

GADTB: İranın “Cinema Press” saytı xəbər verir ki, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qatılmaq üçün …

Tehran Universitetində azərbaycanlı öyrənci intihar edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ötən il Tehran Universitetinin Sosial Elmlər Fakültəsinə daxil …