Sulduz bölgəsinin kəndlərində mühacir və terrorçu kürdlər azərbaycanlıları atəşə tutdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Sulduz bölgəsinin Şeyx Məruf kəndinin əhalisi terrorçu kürdlərin atəşinə məruz qalıblar.

İki kürd terrorçusu motosikletlə kəndə hücum edərək yerli əhalinin bir neçəsinə atəş açıb və iki azərbaycanlı əkinçini yaralayıblar.

Yaralanan kənd sakinlərindən biri Əlirza Purəlidir.  Əlirza Purəli qarın və bud nahiyəsindən güllə yarası alıb.

Bu terror hadisəsinə iyunun 27-i axşam saatlarına qədər polis və başqa dövlət qurumları ilgilənməyib. Eyni zamanda cinayətkarların saxlanılması istiqamətində də heç tədbir görülməyib.

Qeyd edək ki, bir müddət öncə də kürd terror qruplaşmaları Güney Azərbaycanın Sulduz şəhərinin “Şeyx Məruf” kəndini atəşə tutmaqla əhaliyə qarşı terror törətmişdilər.

Sulduzun “Şeyx Məruf” kəndinin otlaq sahələrinə iddia edən kürdlər, Təbii Sərvətlər Nazirliyinin yerli idarəsinin otlaq sahələrin onlara məxsus olmadığı ilə bağlı çıxardığı qərara əhəmiyyət verməyib və türklərin sahələrə girişinin qarşısını almağa çalışmışdılar.

Kürdlərin azərbaycanlılar yaşayan kəndə atəş açıb terror törətmələri nəticəsində Müslüm Süleymani, Nasir Cavadian, Adil Cani, Əmir Cani və Behnam Səfdəri adlı tük kəndlilər yaralanmışdı.

Qeyd edək ki, son ilıər mühacir və terrorçu kürdlər Azərbaycan torpaqlarına, Qərbi azərbaycan şəhər və kəndlərinə iddiaları yenidən çoxalıb və İran rejimi də muhacir kürdləri dəstəkləyir.

Həmçinin yoxlayın

İranlı nazirdən iddia: “Nizami Gəncəvinin bütün şeirləri fars dilindədir”

GADTB: İranın “Cinema Press” saytı xəbər verir ki, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qatılmaq üçün …

Tehran Universitetində azərbaycanlı öyrənci intihar edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ötən il Tehran Universitetinin Sosial Elmlər Fakültəsinə daxil …