Cümə , Aprel 19 2024
azfa

Urkrayna Rusiyanın 35250 hərbçisini öldürüb, bir neçə yaşayış məntəqəsini azad etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna müharibənin 125-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Bu barədə Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya indiyə qədər 35 250 hərbçi, 1 567 ədəd tank, 3 704 ədəd zirehli döyüş maşını, 778 ədəd artilleriya sistemi, 243 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 102 hava hücumundan müdafiə sistemi, 217 ədəd hərbi təyyarə, 185 ədəd helikopter, 2 589 ədəd avtomobil texnikası, 636 ədəd PUA, 139 qanadlı raket , 61 xüsusi texnika itirib.

Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin davam edən əks-hücumlarının təzyiqi altında cənubda əsas səylərini müdafiə əməliyyatlarına yönəldiblər. Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Ukrayna Silahlı Qüvvələrinin Xerson vilayətində bir neçə yaşayış məntəqəsini azad etdiyi bildirilib.

Rusiya qoşunları Xersonun Potemkino rayonu yaxınlığında itirilmiş mövqeləri bərpa etməyə növbəti dəfə uğursuz cəhd göstəriblər. Ukrayna ordusunun əks-həmləsi ilə qarşılaşan ruslar geri çəkilməyə məcbur olublar.

Rus qüvvələri Xerson vilayətində Ukraynanın mövqelərinə aviazərbə endirib, Dnepropetrovsk və Nikolayev vilayətlərində isə artilleriya atəşinə tutub. Bundan başqa, rus qoşunlarının Odessa ətrafına raket zərbəsi endirdiyi deyilib.

Ukrayna qüvvələri İlan adasındakı rus qruplaşmasına zərbələr endirib.

Həmçinin yoxlayın

Belçika, Niderland, İsveç və Çexiya da SEPAH-ı terror təşkilatları siyahısına əlavə etmək istəyirlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Belçika, Niderland, İsveç və Çexiya da SEPAH-ı terror …

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …