Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Türkiyə bu il orduya “Gökdoğan” raketini verəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə yerli istehsal olan “Gökdoğan” hava-hava raketlərini sınaqdan keçirib.

Bu barədə səhifəsində Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəisi İsmayıl Dəmir Tvitter səhifəsində yazıb.

İdarə olunan aviasiya raketi Türkiyə Elmi və Texniki Araşdırmalar Şurası (TÜBİTAK) və Müdafiə Sənayesi Araşdırma İnstitutunun (SAGE) mütəxəssislərinin birgə fəaliyyəti ilə hazırlanıb.

“Göktuğ” layihəsi çərçivəsində “Gökdoğan” raketinin sınaqları davam edir. “Gökdoğan” raketinin radiolokasiya avtomatik tuşlama başlığı ilə buraxılış həyata keçirilib. Yerli raketlər “Gökdoğan” və “Bozdoğan” bu il Türkiyə Silahlı Qüvvələrinin silahlanmasına keçəcək”, – deyə İ.Dəmir bildirib.

Həmçinin yoxlayın

Tehranda qadınlar marafonuna görə cinayət işi açılıb

GADTB: Tehranda qadınlar arasında qaçış yarışının keçirilməsindən sonra Tehran Prokurorluğu bu tədbirin təşkilatçıları və məsul …

Molla rejimin Ermənistandakı səfiri Zəngəzur dəhlizinə qarşı olduqlarını deyir

GADTB: İranın Ermənistandakı səfiri Xəlil Şirqulami bu dəfə ABŞ-ı bəhanə edərək, ABŞ-nin İran sərhədləri yaxınlığında …