Çərşənbə , May 8 2024
azfa

Azərbaycanlı siyasi məhbus Əkbər Əbülzadə zindanda aclıq aksiyasına başlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi azərbaycanlı siyasi məhbus Əkbər Əbülzadə zindanda aclıq aksiyasına başlayıb.

İrqçi fars rejimin Əhər şəhərində yerləşən zindanında həbsdə saxlanılan azərbaycanlı siyasi məhbus, milli fəal Əkbər Əbülzadə qanunla nəzərdə tutulmuş hüquqlarının təmin edilmədiyi, məzuniyyətə buraxılmadığı və ailə üzvlərinin təhlükəsizlik orqanlarının təzyiqləri ilə qarşılaşdığı üçün iyulun 17-dən aclıq aksiyasına başlayıb.

Qeyd edək ki, azərbaycanlı fəal Əkbər Əbülzadə bu il iyunun 7-də Əhər şəhərində həbs edilib. Fəalın həyat yoldaşı Sara Xudakərəmi özünün İnstaqram səhifəsində bununla bağlı yazıb: “Həbsin səbəbləri barədə məlumat verilməsə də, Əyyubun bundan öncə 2015-ci ildə İran televizyasının “Fitilə” verilişində azərbaycanlıların təhqir edildiyinə görə etiraz aksiyalarına qoşulduğu üçün 10 ay həbs cəzasına məhkum edilməsi ilə bağlı olduğu güman edilir”.

Əkbər Abülzadə Əhər şəhərində anadan olub və 12 noyabr 2015-ci ildə dinc etiraz aksiyalarına qoşulduğu üçün yaxalanmışdı. Milli fəal 1 sentyabr 2018-ci ildə Şərqi Azərbaycan əyalətində Apellyasiya Məhkəməsinin yekun qərarı ilə 10 ay həbs cəzası almışdı.

Həmçinin yoxlayın

Azərbaycanın Xüsusi təyinatlıları iki böyük beynəlxalq təlimə qatılıb

GADTB: Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlıları Türkiyədə iki böyük beynəlxalq hərbi təlimdə iştirak edirlər. Onlardan …

Azərbaycanlı şair Məhəmmədtağı Tağızadə dəfn edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünyasını Dəyişən azərbaycanlı şair Məhəmmədtağı Tağızadə dəfn edilib. …