İran rejiminin Qoşaçayda Urmiya gölü etirazları ilə bağlı həbs etdiyi fəallar sərbəst buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Qoşaçayda Urmiya gölü etirazları ilə bağlı həbs etdiyi heç bir günahı olmayan fəalları sərbəst buraxdı.

İrqçi fars rejim qanunsuz olaraq Qoşaçayda 4 nəfər azərbaycanlı fəalı- Calal Kudrilu, Vəli Zöhrabi, Mustafa Dövlətxah və Nadir Əmanini yaxalamışdır.

Həmin azərbaycanlı fəallar sorğu-suala tutulub və Urmiya gölünün qurtarılması ilə bağlı məntiqi fikirlərini ifadə etdikdən sonra Polis qüvvələrinin Mərkəzi Qərargahının təcridxanasına köçürülmüşdülər.

Həmin fəallar nəhayət dünən sərbəst buraxılıb.

Həmçinin yoxlayın

İranlı nazirdən iddia: “Nizami Gəncəvinin bütün şeirləri fars dilindədir”

GADTB: İranın “Cinema Press” saytı xəbər verir ki, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qatılmaq üçün …

Tehran Universitetində azərbaycanlı öyrənci intihar edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ötən il Tehran Universitetinin Sosial Elmlər Fakültəsinə daxil …