Cümə axşamı , May 7 2026
azfa

İran rejimindən “Təbrizin sehrli nağılları” kampaniyasına qarşı gülməli “Fələstin kitabı” kampaniyası

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizi işğal edib müstəmləkə vəziyyətinə salan irqçi fars-molla rejim “Təbrizin sehrli nağılları” kampaniyasına qarşı gülməli “Fələstin kitabı” kampaniyasına başlayıb.

İran rejimi utanmadan bir neçə əlaltısına göstəriş verərək müstəmləkə vəziyyətinə saldığı Təbriz əhalisi adından “Fələstin kitabı” ilə şəkil çəkdirib yaymalarını istəyib.

Bunun davamında isə rejimin Sepah terror təşkilatına bağlı “Fars News” Xəbər Agentliyi İsrailin Azərbaycandakı səfirinin “Təbrizin sehirli nağılları” kitabını oxuma kampaniyasına qarşı rejimin həmin əlaltılarının Təbriz əhalisi adından çəkdikləri şəkilləri paylaşıb. İrqçi fars-molla rejimi bu iyrənc işi ilə müstəmləkə etdiyi Təbriz əhalisinin adından su-istifadə edib və Azərbaycana, eləcə də İsrail səfirinə qarşı kampaniyaya başlayıb.

Qeyd edək ki, Corc Dik Azərbaycanın tarixi şəhəri Təbrizin tarixi, incəsənətindən bəhs edən “Təbrizin sehrli nağılları” kitabı ilə bağlı paylaşım etmişdi.

İsrail diplomatı Tvitterdə yazmışdı:

“Bu yaxınlarda mənə ərməğan edilən bu möhtəşəm kitabda Təbrizdə Azərbaycan tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm. Siz bu günlərdə nə oxuyursunuz?”

İran səfiri isə İsrail səfirini hədələmişdi. Bundan sonar dünyanın müxtəlif terlərində yaşayan azərbaycanlılar “Təbrizin sehrli nağılları” kitabı ilə geniş kampaniyaya başladılar.

Həmçinin yoxlayın

Türkiyənin müdafiə şirkəti PUA-lara qarşı hazırlanmış iriçaplı pulemyotların ixracına başlayıb

GADTB: Türkiyənin müdafiə şirkəti Samsun Yurt Savunma (SYS) helikopterlərdən pilotsuz uçuş aparatlarını (PUA) və dronları …

İraq Türkiyədən hava hücumundan müdafiə sistemləri alır

GADTB: İraq neft yataqları və diplomatik nümayəndəlikləri qorumaq məqsədilə Türkiyədən 20 ədəd hava hücumundan müdafiə …