Şənbə , İyun 20 2026
azfa

Səttar Xanı təhqir edən irqçi bir fars yaxalandıqdan sonra üzr istədi – Video

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Azərbaycan Məşrutə inqilabının görkəmli xadimi, Azərbaycan xalq qəhrəmanı Səttar Xanın heykəlini təhqir edən irqçi şəxs polis tərəfindən tutulub.

Məlumata görə, Təbriz polisi azərbaycanlı fəalların çoxsaylı şikayətlərindən sonra hərəkətə keçib. Uğurlu əməliyat tədbirləri nəticəsində Tehranda tutularaq Təbrizə gətirilən gənc kamera önündə Azərbaycan xalqından üzr istəyib:

“Mən tətildə Təbrizə gəldim və burada istəmədən bir şəkil çəkdirib sosial şəbəkələrdə yaydım. Buna görə azərbaycanlılardan üzr istəyir, onların pak torpaqlarından öpürəm”.

Qeyd edək ki, bu irqçi farsın üzrxahlıq videosu televiziyası tərəfindən də yayımlanıb.

Həmçinin yoxlayın

Tehran Atom Enerjisi Agentliyinin müfəttişlərinin İrana qayıtmasını qəbul etmir

GADTB: İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi cümə günü İranın Beynəlxalq Atom Enerjisi Agentliyi …

Avropa Birliyi edamlara görə İranı pisləyən bəyanat yayıb

GADTB: Avropa Birliyi (AB) İranda insan haqlarının vəziyyəti ilə bağlı yaydığı bəyanatda Tehranın fəaliyyətini pisləyib. …

Bir cavab yazın