Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Rusiya Ukraynada ağır itkilərlə bir sıra ərazilərdən geri çəkildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumatında bildirilir ki, Rusiya itki verərək Baxmutski, Zaitsevo və Yakovlevka yaxınlığında geri çəkilib. Verşina və Daça qəsəbələrində işğalçılarla döyüşlər hələ də davam edir.

“Baxmut istiqamətində düşmən Baxmut, Konstantinovka, Pereyezdnoye, Veseloye, Baxmutski, Vesolaya Dolina, Yakovlevka, Verşina və Zaitsevo yaxınlığındakı qoşunlarımızı tank və artilleriyadan atəşə tutub. Düşmən Baxmutskoye və Zaitsevo yaxınlığında uğursuz hücum əməliyyatları keçirib. Onlar itki verərək geri çəkilib”, – məlumatda deyilib.

Bu arada isə Ukrayna müharibənin 169-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya indiyə qədər 43 000 hərbçi, 1 846 ədəd tank, 4100 ədəd zirehli döyüş maşını, 974 ədəd artilleriya sistemi, 261 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 134 hava hücumundan müdafiə sistemi, 232 ədəd hərbi təyyarə, 193 ədəd helikopter, 3018 ədəd avtomobil texnikası, 772 ədəd PUA, 185 qanadlı raket, 15 gəmi/qayıq, 90 xüsusi avadanlıq itirib.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Təbrizdə Telekommunikasiya şirkətinin təqaüdçüləri yenidən toplaşdı – gecikmiş tələblərə və sosial problemlərə etiraz-Video

GADTB: 1405-ci il Şəhrivər ayının 30-da, bazar ertəsi günü Təbrizdə Telekommunikasiya Şirkətinin bir qrup təqaüdçüsü …