Cümə axşamı , May 7 2026
azfa

İran rejiminin həbs etdiyi Siyavuş Əlizadə və Yaşar Piri Təbrizdə zindanın 12 bölməsinə köçürüldülər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi azərbaycanlı milli fəallar Siyavuş Əlizadə və Yaşar Piri Təbrizdə zindanın 12-ci bölməsinə köçürülüblər. Azərbaycanlı fəallar həmçinin aclıq aksiyasına son qoyublar.

Qeyd edək ki, azərbaycanlı fəallar məhkəmə tərəfindən 200 milyon tümənlik girov müqabilində zaminə buraxılmalarına dair qərarının olmasına rəğmən ETTELAAT İdarəsinin onları zaminə buraxılmalarına imkan vermədiyi üçün aclıq aksiyasına başlamışdılar.

Qeyd edək ki, İran rejiminin ETTELAAT məmurları avqustun 17-də Yaşar Pirini yaxalayaraq naməlum yerə aparmışdı.

Bundan öncə azərbaycanlı fəal Yaşar Piri 2001-ci il fevral ayının 21-də Beynəlxalq Ana Dili Günü münasibətilə rejimin təhlükəsizlik məmurları tərəfindən yaxalanmışdır. 3 gün sonra, fevralın 24-də 50 milyon tümən girov qarşılığında zaminə buraxılan fəal ayın 26-da Təbriz şəhərinin İmam Rza adına xəstəxanaya yerləşdirilmişdi.

Yaşar Piri Sepahın ETTELAAT bölməsində işgəncə edilərək ciddi bədən xəsarətləri almışdı.

Həmin vaxt həkimlər bildirmişdilər ki, fəalın bibər qazı nəticəsində nəfəs borularında problemlər yaranıb və aldığı zərbələrdən böyrəkləri zədələnmişdi. Fəalın bədəninin müxtəlif yerlərində işgəncə izləri qalmışdı

Yaşar Piri həmçinin 2019-cu ilin noyabr ayında İranda bahalığa qarşı keçirilən etiraz aksiyaları zamanı bir çox azərbaycanlı fəalla birlikdə təhlükəsizlik qüvvələri tərəfindən qanunsuz olaraq yaxalanmışdır.

Həmçinin yoxlayın

İran yaxın həftələrdə neft saxlama imkanlarını itirə bilər

GADTB: İran Neft Nazirliyinin bir rəsmisi “The New York Times” qəzetinə bildirib ki, ölkə qarşıdakı …

Tramp: Papanın razı olub-olmamasından asılı olmayaraq, İran rejiminin nüvə silahına sahib olmaq haqqı yoxdur

GADTB: ABŞ prezidenti Donald Trump jurnalistin Roma Papası ilə bağlı sualını cavablandırarkən İranın nüvə silahı …