Bazar ertəsi , Noyabr 30 2026
azfa

Qanunsuz şəkildə gəlib Azərbaycanın Susu kəndində yerləşən ermənilər kəndi boşaldır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Laçın rayonunda ermənilərin qanunsuz məskunlaşdığı Sus kəndindən köç sürətlənib. Avqustun 5-dən etibarən Susdakı ermənilər öz əşyalarını Ermənistanın digər bölgələrinə və ya Qarabağın separatçıların nəzarətində olan ərazisinə daşımağa başlayıblar.

Bu barədə Ermənistan KİV-nə Susdakı erməni icmasının rəhbəri Mxitar Nersisyan bildirib. O deyib ki, bu gün kənddə 4 ailə qalıb, qalanları əşyalarını götürərək gedib.

Nersisyanın sözlərinə görə, Qarabağdakı separatçı rejimin rəhbərliyi onlara yeni mənzillər üçün “sertifikatlar”  verəcəyini vəd edib.

“Əvvəllər Sus kəndində 48-49 ailə yaşayırdı, bir neçə il əvvəl hətta bundan da çox, amma tədricən onların sayı azaldı – getdilər, sonra geri qayıtdılar, yenə getdilər”, – deyə icma başçısı bildirib.

Mxitar Nersisyanın sözlərinə görə, 44 günlük müharibədən sonra onlar fikirləşirdilər ki, Sus kəndi erməni tərəfinin nəzarətində qalacaq, bütün sakinlər geri qayıdacaq.

“Bizə demişdilər ki, delimitasiya və demarkasiya işləri aparılacaq, indi görürük belə bir şey yoxdur, kəndi təhvil verməliyik”, – Mxitar Nersisyan bildirib.

O deyib ki, iki ailə Qarabağın dağlıq hissəsinə köçüb, üçüncüsü də köçməyə hazırlaşır. Separatçılar onlara yeni ev verməyi vəd ediblər.

“Kənddən köçənlərin qalan hissəsi Ermənistanın müxtəlif bölgələrinə gedir”, – Mxitar Nersisyan bildirib.

Xatırladaq ki, Azərbaycan tərəfi Laçın rayonunun Zabux və Sus kəndlərində, Laçın şəhərində qanunsuz yaşayan ermənilərə həmin əraziləri boşaltmaq üçün avqustun 25-nə kimi vaxt verib. Ermənilər bu tələb qarşısında Laçını tərk etməyə başlayıblar

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta Sidneydə Tatar türklərinin Sabantuy festivalına qatılıb-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …

Dolların məzənnəsi 302 min tüməni keçdi: İran iqtisadiyyatı tam çöküşün astanasındadır

GADTB: İranın azad bazarında rialın dəyəri dəhşətli sürətlə ucuzlaşmaqda davam edir. ABŞ dollarının məzənnəsi bazar …