Bazar , Noyabr 15 2026
azfa

Ermənilər Laçını minalayır – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Ordusunun keçirdiyi “Qisas” əməliyyatından sonra qeyri-qanuni erməni hərbi dəstələrinin Azərbaycan ərazisindən çıxması sürətlənib.

Onlar ağır texnikalarını da götürüb Azərbaycanın suveren ərazisini tərk edir. Bununla belə, erməni tərəfi özünün işğalçı adətlərinə sadiq qalaraq Kəlbəcərdə olduğu kimi, Laçında da yanğınlar törətmək və əraziləri minalamaqla məşğuldur.

Bu barədə “Caliber” layihəsinin Yutub kanalında yayımlanan növbəti süjetdə qeyd olunur.

Bildirilir ki, Azərbaycan tərəfi düşmənin növbəti dağıdıcı fəaliyyətinə kifayət qədər hazırlıqlı davranır.

Belə ki, ordumuz pilotsuz uçuş aparatlarının vasitəsi ilə Laçında baş verən bütün dağıdıcı fəaliyyətləri qeydə alır, həmçinin bir neçə gün əvvəl Sarıbaba yüksəkliyində yeni basdırılmış minaları aşkar edərək zərərsizləşdirib.

Ətraflı “Caliber”in növbəti videosüjetində:

Həmçinin yoxlayın

Türkmən Cəbhəsinin üzvü Qəhtan Vəndavi Kərkükün yeni valisi seçilib

GADTB: İraq Türkmən Cəbhəsinin üzvlərindən olan Qəhtan Vəndavi 2026-cı il noyabrın 14-də, şənbə günü Kərkük …

İlamda tarixi Taxt-xan kitabəsi bir qrup kürd tərəfindən dağıdılıb

GADTB: İlam ostanının Poştkuh bölgəsində Lor hakimlərinin valilik dövrünə aid tarixi yadigarlardan biri olan Taxt-xan …