Çərşənbə , Sentyabr 23 2026
azfa

Urmiya gölünün qurudulmasına qarşı Urmiyada etiraz aksiyası keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiya gölünün İranın irqçi fars rejimi tərəfindən qurudulmasına etiraz olaraq aksiya keçirilib.

Bir qrup azərbaycanlı milli-mədəni fəal Urmiya gölünün qurudulmasına diqqət yönəltmək və gölün qurudulmasının ekoloji fəalkətə səbəb olacağı barədə məlumatı əks etdirən posterlər hazırlayıb yayıblar.

Azərbaycanlı fəalların hazırlayıb yaydığı posterlərdə “Urmu gölünün quruması dünyada iqlim dəyişikliyinə səbəb olacaq” cümləsi yazılmaqla gölü quruduan və gölün qurudulmasına etinasız yanaşanlara xəbərdarlıq edilmişdir.

Qeyd edək ki, irqçi fars rejim Urmiya gölünü qurutmaqla bölgədə dəhşətli ekoloji fəlakətə səbəb olur.

Həmçinin yoxlayın

Möhsün Rzai Türkiyə və Azərbaycanı təhdid edib: “Hava limanlarınızda uçuş olmayacaq”

GADTB: İran rejiminin Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai televiziya müsahibəsində qonşu ölkələri təhdid …

Şahgölünün “Azərbaycan bağı” kimi dünya irsi siyahısına salınması üçün təşəbbüs irəli sürülüb

GADTB: Təbriz Bələdiyyəsinin Görünüş, Landşaft və Yaşıllaşdırma Təşkilatının baş direktoru Şahgölü tarixi-mədəni kompleksinin “Azərbaycan bağı” …