İran rejiminin həbs etdiyi Valeh Zamani qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Urmiya şəhərindən olan və 3 aya yaxındır Tehranın Evin zindanının 209-cu bölməsində həbsdə saxlanılan azərbaycanlı işçi fəal Valeh Zamani qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır. Xəstə olmasına baxmayaraq Valeh Zamaniyə müalicə üçün də icazə verilmir.

İşçi fəallarının Evin zindanıdakı mənbələrə istinadən verdiyi məlumata görə, Valeh Zamaninin sağlıq durumu ağırdır və qaraciyər xəstəliyindən əziyyət çəkən məhbus möhkəm arılayıb.

Azərbaycanlı işçi fəalının ağır xəstə olmasına baxmayaraq rütubətli yerdə saxlanılması onun həyatını təhlükəyə salır bildirilir. Fəa iki dəfə müayinə olunmasına yalnız ona ağrıkəsicilər vertməklə kifayətləniblər.

Zamani iyunun 30-da Tehranın Evin zindanından ailə üzvlərindən biri ilə saxladığı qısa müddətli telefon əlaqəsi zamanı həmçinin təzyiqlərə məruz qaldığını bildirmişdi.

Azərbaycanlı məhbusla kiminləsə görüşünə icazə verilmir, vəkil tutmaq haqqından məhrum edilib və barəsində irəli sürülən qondarma ittihamları qəbul etmədiyi təqdirdə yenidən zindanın 240 nömrəli təhlükəsizlik bölməsinə təkadamlıq kameraya qaytarılacağı ilə bağlı hədələnmişdi.

O, özünü günahkar hesab etmədiyini deyərək, istənilən təzyiqlər qarşısında saxta ittiham aktına qol çəkməyəcəyini demişdi.

Zamaninin sözlərinə görə, yaxalandığı zaman xəstəliyi ilə bağlı sənədlər və həkim arayışlarının üstündə olmasına baxmayaraq dərmanlarının əldə edilməsinə imkan verilmədiyini qeyd etmişdi.

Valeh Zamaninin ailəsi isə onun sağlıq durumundan nigarandır.

Qeyd edək ki, Tehranda yaşayan azərbaycanlı işçi hərəkatı fəalı Valeh Zamani mayın 30-da İranın ETTELAATİdarəsinin əməkdaşları tərəfindən saxlanılıb, üç gün dindirildikdən sonra Tehranın Evin zindanının 209-cu bölməsinə köçürülüb.

Həmçinin yoxlayın

Molla rejimi ana dilinə görə həbs etdiyi azərbaycanlı fəalı indi də sürgünə göndərdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi ana dilinə görə həbs etdiyi …

Yerli əhalinin kürd terrorçuların təhrif etdiyi Azərbaycan kənd adlarını qaytarmq üçün mübarizə davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Salmas bölgəsində İran rejimi və kürd …