Cümə , Sentyabr 18 2026
azfa

Azərbaycanlı öyrənci fəalı Melika Qaragözlü vəsiqə qarşılığında zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı öyrənci fəalı Melika Qaragözlü vəsiqə qarşılığında zaminə buraxılıb.

“Əllamə Təbatəbayi” Universitetinin jurnalistika fakültəsinin öyrəncisi, azərbaycanlı fəal Melika Qaragözlü avqustun 24-də 1 milyard 600 milyon tümənlik girov qarşılığında məhkəməyə qədər zaminə buraxılıb.

Bir neçə gün bundan öncə Melika Qaragözlünün vəkili Məhəmmədəli Kamfiruzi müvəkkilinin həbsinin qanunsuz olduğunu deyib. O, bunu insan haqları prinsiplərinin kobudca pozulması adlandırıb.

Qeyd edək ki, Melika Qaragözlü iyulun 13-də məcburi hicaba etiraz olaraq yaylığını başından açıb yerə atdığı videonu paylaşdıqdan sonra İran rejiminin məmurları tərəfindən həbs edilmişdi

Bundan öncə isə Melika Qaragözlü 2019-cu ilin noyabrın 18-də Tehranda benzinin qiymətinin kəskin bahalaşmasına qarşı keçirilən kütləvi etirazlar zamanı tutulub 6 ay həbsə məhkum edilsə də, dekabrın 1-də  600 milyon riallıq vəsiqə girovu qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdı.

Həmçinin yoxlayın

Məktəblərin başlandığı bir vaxtda adları türk dilində olduğuna görə doğum haqqında şəhadətnamə verilməyən çox sayda uşaq var

GADTB: Sentyabrın gəlişi və məktəblərin açılması ilə milyonlarla uşaq həvəslə məktəbə yollanır. Məktəb uşaqların həmyaşıdları …

Tramp: İran İslam Respublikası süqut vəziyyətindədir

GADTB: ABŞ prezidenti Donald Tramp cümə axşamı axşam keçirdiyi mətbuat söhbətində bildirib ki, onun fikrincə, …