Azərbaycanlıə siyasi məhbus Abbas Lisani yenicə əməliyyat olmasına rəğmən Ərdəbildə zindana qaytarıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı siyasi məhbus Abbas Lisani yenicə əməliyyat olunmasına baxmayaraq tibbi məzuniyyətinin uzadılması barədə arayışın ləğv edilməsi üçün avqustun 27-də rejimin Ərdəbildəki zindanına geri qayıdıb.

Bildirilir ki, tibbi məzuniyyət müddəti avqustun 13-də yenidən uzadılmışdı. Lakin rejimin Ərdəbildəki prokuroru Abdullah Təbatəbai məzuniyyət icazəsini ləğv edib.

Avqustun 25-də prokuror məzuniyyətin uzadılması barədə sənəd və həkim arayışlarını təqdim edən Abbas Lisaninin oğlu Əli Lisaniyə atasının zindana qayıtmalı olduğunu bildirib.

Qeyd edək ki, tibbi məzuniyyətdə olan azərbaycanlı siyasi məhbus Abbas Lisani avqustun 23-də üçüncü dəfə Təbrizin “Vəliəsr” xəstəxanasında qapalı bel diski əməliyyatı olundu.

Həkimlər cərrahi əməliyyatından sonra azərbaycanlı siyasi məhbusa təxminən 1 aya yaxın hərəkət etməməyi və əməliyyatın nəticəsindən arxayın olmaq üçün yenidən müayinədən keçməyi tövsiyə etmişdilər.

Lakin elə həmin gün Tibbi Ekspertizanın rəyinə baxmadan rejimin prokuroru azərbaycanlı siyasi məhbusun tibbi məzuniyyətinin uzadılmasına icazə verməyib.

Belə ki, azərbaycanlı siyasi məhbus Abbas Ləsani 23 avqustda məhkəmənin elektron sistemi vasitəsilə həbsinin qalan hissəsini çəkmək üçün 5 gün içində Ərdəbildəki İnqilab Məhkəməsinin Hökmləri İcra şöbəsinə müraciət etməsi tələb olunmuşdu.

2019-cu ilin iyul ayında rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən Lisani 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.

Daha sonra bu qərar rejimin Ərdəbildəki Apellyasiya Məhkəməsi tərəfindən 2 il sürgün və 15 il həbs cəzasına qaldırılıb.

Həmçinin yoxlayın

Türkiyənin “Kaan” qırıcısının F-35-dən üstün olacağı bildirilir

GADTB: “Türkiyənin “Kaan” milli döyüş təyyarəsinin yaradılması layihəsinə investisiyalar hazırda ümumilikdə 2 milyard dollar təşkil …

İran İrəvandakı Göy məsciddən öz siyasi məqsədləri üçün istifadə edir

GADTB: İrəvan xanlığı dövründə tikilən və Azərbaycanın mədəniyyət incisi sayılan Göy məscid indi İran hökuməti …