Ərdoğan Yunanıstana son xəbərdarlıq etdi: “Səbrimizin də sonu var”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə Yunanıstana xəbərdarlıq edib.

Bosniya və Herseqovinaya səfər edən Ərdoğan burada mətbuata açıqlama verib.

Yunanıstanın son zamanlar atdığı təhrikedici addımlara münasibət bildirən Ərdoğan qeyd edib ki, Türkiyənin də səbrinin sonu var:

“Bizə qarşı bu cür qeyri-qanuni təhdidlər davam etsə, səbrimizin də bir sonu var. Bax o səbrin sonu gəldiyi zaman deyirik ki, səbrin sonu salamatlıqdır. Biz də o salamatlığı gördüyümüz anda lazım olanı edərik. Bunu Yunanıstanın da bildiyinə inanıram”. 

Həmçinin yoxlayın

Beynəlxalq Jurnalistlər Federasiyası İranda mətbuat azadlığına qoyulan məhdudiyyətləri sərt şəkildə tənqid edib

GADTB: Təşkilatın yüz illik yubileyini qeyd etmək üçün Parisdə keçirilən Dünya Konqresində qəbul edilən və …

Türkiyənin müdafiə şirkəti PUA-lara qarşı hazırlanmış iriçaplı pulemyotların ixracına başlayıb

GADTB: Türkiyənin müdafiə şirkəti Samsun Yurt Savunma (SYS) helikopterlərdən pilotsuz uçuş aparatlarını (PUA) və dronları …