
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Evin zindanının 209-cu təhlükəsizlik bölməsində həbsdə saxlanılan azərbaycanlı işçi fəalı Rza Şəhabi mühgakimə olundu.
Şəbistərdən olan azərbaycanlı işçi fəalının Məhkəmədə son məhkəmə iclası keçirilib.
Fəal sentyabrın 6-da həbs edilməsinin 4-cü ayı tamam oldu və və avqustun 30-da həbs müddəti daha bir ay uzadılıb.
Azərbaycanlı işçi fəalı dörd aydan çoxdur həbs edilməsinə baxmayaraq, məhkəmə məsulları və rejimin təhlükəsizlik orqanları onun barəsində irəli sürülən ittihamlar barədə dəqiq açıqlama verməkdən imtina edirlər.
Tehran Avtobus Şirkəti İşçilərinin Həmkarlar İttifaqının İdarə Heyətinin üzvü olan Rza Şəhabi xəstə olmasına və 4 ay bundan öncə həbs edilməsinə baxmayaraq, qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılırdı.
Şəhabi ailəsinin verdiyi məlumata görə, o, 42 gün aclıqdan sonra kəskin arıqlayıb. Təzyiq altında saxlanılan fəal ürək çatışmazlığı, yüksək qan təzyiqi və diyabetdən əziyyət çəkdiyi və ciddi sağlıq problemlərinin yarandığı bildirilirdi. Lakin ona müayinə və müalicə olunmaq imkanı da verilmirdi.
Qeyd edək ki, əslən Güney Azərbaycanın Şəbistər bölgəsindən olan Rza Şəhabi mayın 12-də həbs edildikdən sonra qeyri-müəyyən şəraitdə saxlanılmasına, ailəsi ilə əlaqəyə və vəkillə təmin olunmasına imkan verilmədiyinə görə 42 gün aclıq aksiyası keçirib.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi