Çərşənbə axşamı , Aprel 23 2024
azfa

İran Azərbaycana qarşı Qafanda baş konsulluq açmasını yalan bəhanələrlə əsaslandırmağa çalışır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın müxtəlif diplomatları İran dövlətinin göstərişi ilə molla rejiminin heç bir İran vətəndaşının yaşamadığı Qafanda Azərbaycana qarşı konsulluq açmasını yalan iddialarla əsaslandırmağa çalışırlar.

İranın Azərbaycandakı keçmiş səfiri Mohsen Pakayin bu istiqamətdə İranın Qafanda baş konsulluq açmasının məqsədləri ilə bağlı yazısında iddia edib:

İran İslam Respublikasının Ermənistanın Qafan şəhərində baş konsulluğunun təsis edilməsi aşağıdakı səbəblərə görə İranın xarici əlaqələri sahəsində zəruri və konstruktiv tədbir hesab olunur.

– Azərbaycan və Ermənistan arasında 44 günlük savaşdan sonra Azərbaycanın 7 rayonunun azad edilməsi və atəşkəsin yaradılması ilə nəticələnən Moskva sazişi sülh və təhlükəsizliyin bərqərar olmasını vəd edirdi. İranın Qafanda Baş Konsulluğunun açılması Tehranın münaqişələrin sülh yolu ilə həllini, bölgədə sülh və sabitliyin bərqərar olmasını praktiki alqışlaması deməkdir.

– Azərbaycan və Ermənistan arasında müharibənin başa çatması iqtisadi əməkdaşlıq üçün də yaxşı imkanlar yaradıb və İranın Qafqaz regionunda güclü varlığı onun Avrasiya İqtisadi İttifaqı ilə ticarətini gücləndirə bilər.

– Regional və beynəlxalq münasibətlərdə tranzitin artan əhəmiyyətini nəzərə alaraq, İranın Qafandakı Baş Konsulluğu TIR və yük maşınları sürücülərinin problemlərinin həlli və azaldılması, onlara lazımi köməklik göstərməklə yanaşı, Tehran və İrəvanın tranzit imkanlarını artıra bilər.

Yeni Gorus-Qafan yolunun tikintisinin yekun mərhələyə çatdığını, Fars körfəzinin Qara dənizə və Avropaya dəhlizinin tikintisi üçün Rusiya, Gürcüstan və Hindistanla əməkdaşlığın başlanması və Mehri Azad İqtisadi Zonasının İran və Ermənistan arasındakı tranzit marşrutu kimi aktivləşdirilməsini nəzərə alaraq, iqtisadi əməkdaşlığın genişlənməsi üçün Qafanda İranın Baş Konsulluğunun rolu daha da qabarıq olacaq.

Qeyd edək ki, daim işağlçı Ermənistanı dəstəkləyən İran II Qarabağ müharibəsində Azərbaycanın öz ərazilərini azad etməsinə dözməyib İşğalçı Ermənistanı himayə edib, Azərbaycanla düşmənçiliyi açıq müstəviyə daşıyıb.

Həmçinin yoxlayın

Qazaxın azad edilən kəndində Azərbaycan bayrağımı qaldırıldı

GADTB: Qazaxın erməni işğalından azad edilən Aşağı Əskipara kəndində Azərbaycan bayrağı dalğalandırılıb. Bu barədə “Azadlıq” …

23 Aprel Türkiyə Milli Suverenlik və Uşaq Bayramı günüdür

GADTB: Türkiyə Böyük Millət Məclisinin (TBMM) açılışı münasibətilə təsis edilən bu bayram Türkiyə xalqının ulu …