Çərşənbə , Sentyabr 23 2026
azfa

Ermənistanı himayə edən İran Azərbaycanın Ermənistana hücum etdiyini iddia etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran mətbuatının Azərbaycanı təcavüzkar və işğalçı Ermənistanı təcavüzə məruz qalan tərəf kimi təqdim etməsindən əlavə, İran Xarici İşlər Nazirliyi də Zəngəzur dəhlizinin adını çəkmədən hər növ dəyişikliyə qarşı olduğunu elan etdi.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bir daha Azərbaycan-Ermənistan sərhədlərində hər hansı dəyişikliklərin baş verməsinin İran İslam Respublikası üçün qəbuledilməz adlabdırıb. O, İranın məsələ ilə bağlı hadisələri diqqətlə izlədiyini qeyd edəərək, Azərbaycan və Ermənistanın ərazi bütövlüyünə hörmət edilməsinin zəruriliyini diqqətə çatdırıb.

Bununla yanaşı Ermənistan-Azərbaycan sərhədində baş verən hərbi qarşıdurma İran mətbuatında yanlış və qərəzli şəkildə təqdim edilib. Ermənistanın təxribatçı hücumlarını görməzdən gələn İran mediası Azərbaycan tərəfini günahkar kimi qələmə verərək, Ermənistanı himayə ediblər.

İranın İSNA xəbər agentliyi Ermənistanın Azərbaycana qarşı təxribatı barədə məlumat vermədən Azərbaycanın Ermənistana hücum etdiyini iddia edib.

Həmçinin yoxlayın

Şahgölünün “Azərbaycan bağı” kimi dünya irsi siyahısına salınması üçün təşəbbüs irəli sürülüb

GADTB: Təbriz Bələdiyyəsinin Görünüş, Landşaft və Yaşıllaşdırma Təşkilatının baş direktoru Şahgölü tarixi-mədəni kompleksinin “Azərbaycan bağı” …

ABŞ İranın blokadanın ləğvi tələbini rədd edib

GADTB: “Əl-Ərəbiyyə” kanalı iki ölkənin nümayəndə heyətlərinin Nyu-Yorkda keçirilən görüşündə iştirak edən amerikalı mənbəyə istinadla …