Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Türk Dövlətləri Təşkilatı Azərbaycana başsağlığı verib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk Dövlətləri Təşkilatı Azərbaycana ermənilərin hərbi təcavüzü nəticəsində Azərbaycan hərbçilərinin şəhid olması ilə bağlı başsağlığı verib.

Bu barədə Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyevin  Azərbaycan-Ermənistan sərhədində baş verən son toqquşmalarla bağlı bəyanatında deyilir.

Türk Dövlətləri Təşkilatının baş katibi Ermənistanın Azərbaycanla sərhəddə hərbi təxribatını pisləyib.

Bu barədə Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyevin  Azərbaycan-Ermənistan sərhədində baş verən son toqquşmalarla bağlı bəyanatında deyilir.

Bağdad Amreyev bununla bağlı ciddi narahatlığını ifadə edir, eləcə də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanla dövlət sərhədi boyunca hərbi təxribatını pisləyir.

Türk Dövlətləri Təşkilatının baş katibi beynəlxalq hüququn prinsip və normalarına sadiqliyini bir daha təsdiqləyib, Cənubi Qafqazda davamlı sülh və sabitlik üçün Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin vacibliyini xatırladır.

TDT Azərbaycanın ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəklədiyini bir daha bəyan edir və Ermənistanı iki qonşu ölkə arasında əldə olunan davam edən razılaşmalara əməl etməyə çağırır.

Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyev həlak olanların ailələrinə, qardaş Azərbaycan xalqına və hökumətinə başsağlığı verib, xəsarət alanlara şəfa diləyib.

Həmçinin yoxlayın

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …

İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırıldı

GADTB: “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin yaydığı məlumata görə,  Azərbaycana uçuşlar həyata keçirən İran İslam …