Çərşənbə , Sentyabr 23 2026
azfa

Sepah terrot təşkilatına bağlı olan Azərbaycanın “Hüseynçilər” qrupu Ermənistanı himayə edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İrana sığınmış və İranın Terror təşkilatı olan Sepaha bağlı olan Azərbaycanın “Hüseynçilər” (İslami Müqavimət Hərəkatı) bəyanat yayaraq açıq şəkildə son hadisələrdə İran kimi işğalçı Ermənistanı dəstəkləyib.

İrana bağlı olan həmin terrorçu qrup yaydığı bəyanatda Azərbaycanın dövlət rəhbərləri və hökumət nümayəndələrini təhqir edərək, Azərbaycanı “dünya sionizminə qulluq etməkdə” ittiham edib.

Azərbaycanın “Hüseynçilər” (İslami Müqavimət Hərəkatı) terror qrupu Azərbaycanın Ermənistan qarşısında məğlub olması üçün azərbaycanlıları övladlarını cəbhəyə göndərməməyi istəyib.

Bəyanat işğalçı Ermənistanın və Ermənistanı Himayə edən İranın tam mövqeyini əks etdirməklə İran Sepah terror təşkilatının sosial şəbəkələrində yayılıb.

Həmçinin yoxlayın

Uitekaf və Əraqçi Nyu-Yorkda danışıqlar aparıb

GADTB: ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitekaf bildirib ki, çərşənbə axşamı, 22 sentyabr 2026-da BMT Baş …

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …