Çərşənbə axşamı , May 7 2024
azfa

İran işğalçı Ermənistana hərbi müşavir göndərib

GADTB-nin Mətbuat Mərkəzinin Güney Azərbaycan saytlarına istinadən yaydığı məlumata görə, İran işğalçı Ermənistana hərbi müşavir göndərib.

General İsmail Xəlilzadə İranın hərbi müşavirlərinin nümayəndəsi olaraq, general Əhmədi isə “Həmzə Qərargahının” əməliyyat və kəşfiyyat üzrə məsul şəxsi kimi təcavüzkar Ermənistan ordusunun yüksək rütbəli komandirləri ilə yaxından əməkdaşlıq edirlər.

Qeyd edək ki, general Əhmədi Sepah-ın ən əsas komandirlərindən sayılır və bir müddət Suriya Hərbi Hava Qüvvələrində zabitlərin kəşfiyyat üzrə müşaviri vəzifəsini yerinə yetirib. Bəşər Əsədin qardaşının komandanlığı altında olan Suriya Hərbi Hava Qüvvələrinin kəşfiyyat bölməsi Suriyanın ən amansız və qaniçən qüvvələrindən hesab olunur və məhkəməsiz edamlar bu bölmə tərəfindən həyata keçirilirdi.

İndi isə general Əhmədi və İsmail Xəlilzadənin başçılıq etdiyi nümayəndə heyəti Sepah-ın kəşfiyyat zabiti ilə birlikdə təcavüzkar Ermənistan ordusunu Azərbaycanın şiə müsəlmanlarına qarşı gücləndrmək üçün İrəvana uçub.

Məlumatlar göstərir ki, İran ordusunun dron qüvvələri də bölgədədir və Sepahın Xasavadakı raket bölməsi də döyüş hazırlığı vəziyyətinə gətirilib.

Ötən günlər ərzində İranın hərbi konvoyları mərkəzdən şimal-qərbə və Azərbaycan sərhədlərinə doğru göndərilib. İran açıq şəkildə Ermənistanı Azərbaycana qarşı dəstəkləyir.

Həmçinin yoxlayın

Güney Azərbaycanda tarixi qala məhv edilir

GADTB: Güney Azərbaycanın Muğan bölgəsində yerləşən tarixi Ultan qalası ərazidə aparılan qanunsuz tikinti işləri səbəbindən …

Azərbaycanlı məhbusun həyatı təhlükədədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Kərəcin Qızıl Hisar zindanında həbsdə …