Cümə , Avqust 28 2026
azfa

Qırğızıstan-Tacikistan sərhədində ağır döyüşlər gedir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qırğızıstan-Tacikistan sərhədində ağır döyüşlər gedir.

Qırğızıstanın Sərhəd Xidməti bu barədə bildirib ki, Tacikistan əvvəllər əldə edilmiş bütün razılaşmaları pozaraq, Batken vilayətində Qırğızıstan-Tacikistan dövlət sərhədi boyunca sərhəd və mülki obyektlərə xaincəsinə hücum edib.

“Tacikistan tərəfini atəşi dayandırmağa çağırırıq. Batken bölgəsində atışma bütün Qırğızıstan-Tacikistan sərhədi boyunca davam edir. Tacikistan tərəfi tanklar, zirehli transportyorlar, piyadaların döyüş maşınları və minaatanlardan istifadə edir. Qırğızıstan-Tacikistan sərhədində baş verən qarşıdurma nəticəsində 4 sərhədçi yaralanıb”, – məlumatda deyilib.

Tərəflər atəşkəs barədə razılığa gəlsələr də, sərhəddə atışmaların davam etdiyi bildirilir.

Həmçinin yoxlayın

Tramp: Hörmüz boğazı açıqdır; İran yenidən ABŞ-ın hücumuna məruz qalmaq istəmir

GADTB: ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının açıq olduğunu bildirib və İran rejiminin Vaşinqtonla qarşıdurmanı …

Bessent: İran rejiminin tərəfdarları dollara və qlobal maliyyə sisteminə çıxış əldə etməməlidirlər

GADTB: ABŞ-ın maliyyə naziri Skott Bessent ABŞ Maliyyə Nazirliyinin Birləşmiş Ərəb Əmirliklərindəki Misir Bankının filialına …