Bazar ertəsi , May 13 2024
azfa

Azərbaycanlı fəal Saleh Molla Abbasi məhkəməyə çağırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Əhər şəhərində yaşayan azərbaycanlı fəal Saleh Molla Abbasi rejimin məhkəməsinin elektron sistemi vasitəsilə rejimin Əhərdəki məhkəməsinin 3-cü bölməsinə çağrılıb.

Bildirişdə fəaln nədə ittiham olunduğu barədə heç bir açıqlama verilməyib və məhkəməyə getməyəcəyi təqdirdə məmurlar vasitəsilə cəlb olunacağı barədə xəbərdarlıq edilib.

Qeyd edək ki, sentyabrın 25-də İran ETTELAAT İdarəsinin məmurları Saleh Molla Abbasinin evinə hücum ediblər. Fəal özü evdə olmadığı üçün onun ailə üzvlərini döyüb və təhqir ediblər.

Eyni zamanda İranın ETTELAAT məmurları Saleh Molla Abbasinin evində axtarış aparıb, ona məxsus kompüter, telefon və başqa şəxsi əşyaları müsadirə edərək, özləri ilə aparıblar.

Saleh Molla Abbasi bundan öncə də dəfələrlə həbs edilib və ya təqib və təzyiqlərə məruz qalıb.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı sinfi fəal Əli Hacıya yeni iş açıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehran Təhsil Nazirliyinin İnzibati Pozuntular şöbəsi azərbaycanlı sinfi …

ABŞ-da “Türk Günü Yürüşü” keçiriləcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ-da 41-ci “Türk Günü Yürüşü” keçiriləcək. Tədbir 17-18 …