Cümə axşamı , May 7 2026
azfa

BMT-nin baş katibi: “İrandakı etirazlarda qadın və uşaqlar da daxil olmaqla, həlak olanların sayının artmasından narahatıq”

GADTB: Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş İranla bağlı bəyanat yayıb. O, ümumxalq etirazları qarşısında Tehran hakimiyyətini “maksimum təmkinli olmağa” çağırıb.

Quterreş İran hakimiyyətindən etirazçılara qarşı “mümkün qədər təmkinlilik” nümayiş etdirməyi və xalqa qarşı “lüzumsuz və qeyri-insani” repressiyalara son qoymağı tələb edib.

“Baş katib İran təhlükəsizlik qüvvələrindən lüzumsuz və şiddətli gücdən çəkinməyi tələb edib. O, gərginliyin artmasının qarşısını almaq üçün hər kəsi maksimum təmkinli olmağa çağırıb”,- deyə, BMT baş katibinin sözçüsü Stiven Ducarik bildirib.

O, daha sonra İranda başlayan etirazlarda qadın və uşaqlar da daxil olmaqla, həlak olanların sayının artmasından getdikcə daha çox narahat olduqlarını vurğulayb./ Azad İran

Həmçinin yoxlayın

İraq Türkiyədən hava hücumundan müdafiə sistemləri alır

GADTB: İraq neft yataqları və diplomatik nümayəndəlikləri qorumaq məqsədilə Türkiyədən 20 ədəd hava hücumundan müdafiə …

Hörmüz boğazında iki minə yaxın gəmi ilişib

GADTB: CNN telekanalı xəbər verib ki, Hörmüz boğazında vəziyyət kritik həddə çatıb və bölgədə təxminən …