Azərbaycanlı fəallar Ərdəbildə divarlara milli istəklərlə bağlı şüarlar yazdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində azərbaycanlı milli fəallar qadın haqları, Azərbaycan Türk Millətinin milli hüquqları və Azərbaycanın siyasi məhbusları ilə bağlı şüarlar yazıblar.

Azərbaycanlı fəallar oktyabrın 4-də şəhərin bir çox küçələrinin divarlarına həmin şüarları yazmaqla hazırkı mərhələdə Azərbaycan Türk Millətinin Güney Azərbaycanda mübarizəsinin istiqamətini tərsim etməyə çalışıblar.

Güney Azərbaycanın Ərdəbil şəhərində azərbaycanlı milli fəalların yazdığı şüarlar ibarətdir:

“Mən bir qadınam, bir insanam”;

“Azərbaycan qızları, göylərin ulduzları”;

“Azadlıq, Ədalət, Milli hökumət”;

“Azərbaycan fəallarının həbsdə olduğu müddətdə səssiz qalmayacayıq”;

“Fəallara qarşı hərəkətlərinizin nəticəsini gözləyin”.

Qeyd edək ki, bu yolla azərbaycanlı milli fəallar irqçi fars-molla rejiminə bir daha Azərbaycan Türk Millətinə qarşı düşmənçiliklə bağlı xəbərdarlıq ediblər.

Həmçinin yoxlayın

Abbas Lisani və Yusif Karı istintaqda iştirakdan imtina ediblər

GADTB: Azərbaycanlı milli fəallar Abbas Lisani və Yusif Karı istintaq prosesini “şou xarakterli, qeyri-hüquqi və …

Şərqi Azərbaycan vilayətində çox sayda işçi işsiz qalıb

GADTB: Son bir neçə həftə ərzində Şərqi Azərbaycan əyalətində istehsalat sahələrində çalışan daha 2 min …