Cümə axşamı , İyul 16 2026
azfa

Molla rejimi Xoyda Azərbaycan Milli Rəqsləri Təlim Mərkəzini bağlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Güney Azərbaycanın Xoy şəhərində Azərbaycan Milli Rəqsləri Təlim Mərkəzini bağlayıb.

Güney Azərbaycanın Xoy şəhərində fəaliyyət göstərən “Göylər” Rəqs Təlimi Mərkəzini fəaliyyəti dayandırılıb.

Azərbaycan Rəqs Təlimi Mərkəzinin bağlanmasına səbəb Mehdi Babazadənin oxuduğu “Canan” Azərbaycan mahnısının klipində bir neçə azyaşlı uşağın rəqs etməsi ilə bağlı olub.

Həmin klipin yayılmasından sonra rejimin Məhkəmə orqanlarının işçiləri Azərbaycan Rəqs Təlimi Mərkəzinə girib, müəllim və şagirdləri oradan çıxararaq təlim mərkəzinin qapısını plomblayıblar.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta Türkiyənin Sidneydəki konsulluğunda keçirilən tədbirə qatılıb

GADTB: Avstraliya Azərbaycan Assosiasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Sentkom: Böyük Tunb adasında rejimin sahil müdafiə sistemləri və raket obyektləri hədəfə alınıb

GADTB: ABŞ Mərkəzi Komandanlığı (Sentkom) İran İslam Respublikası rejiminin Böyük Tunb adasında yerləşən hərbi obyektlərinə …