Molla rejimin məmurları Təbrizdə azərbaycanlı milli fəal Nima Radməneşi həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin məmurları Təbrizdə yaşayan azərbaycanlı milli-mədəni fəal Nima Radməneş noyabrın 2-i gecə saatlarında Təbrizin Qırx Metir küçəsində yerləşən ata evində həbs edib.

Azərbaycanlı fəalın niyə həbs edildiyi və hara aparıldığı barədə heç bir məlumat verilməyib.

Qeyd edək ki, dünən axşam saatlarında Təbrizin Qırx Metir küçəsində bir qrup azərbaycanlı milli fəal milli şüarlar səsləndirərək aksiya keçirib. Azərbaycanlı fəalın həbsinin də bununla bağlı olduğu güman edilir.

Həmçinin yoxlayın

Strateji yüksəklik Azərbaycan Ordusunun nəzarətinə keçdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qazax istiqamətində mühüm əhəmiyyət kəsb edən hakim yüksəklik …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin keçirdiyi görüşlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …