Çərşənbə , Sentyabr 23 2026
azfa

Molla rejiminin məmurları Urmiyada azərbaycanlı gənc qız Nəsim Sidqini qətlə yetirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin məmurları Urmiyada azərbaycanlı gənc qız Nəsim Sidqini oktyabrın 31-də güllələnərək qətlə yetiriblər.

Əslən Güney Azərbaycan Sayınqala şəhərindən olan 23 yaşlı Nəsim Sidqi oktyabrın 31-də Urmiya şəhərində aldığı güllə yarası nəticəsində həyatını itirib.

Onun yaxınları gənc qızın Urmiya şəhərinə makiyaj kursunu bitirmək üçün getdiyini və şəhərdə keçirilən etiraz aksiyasında öldürüldüyünü deyirlər.

ETTELAAT İdarəsi Nəsim Sidqinin ailəsini təhdid edərək övladlarının avtomobil qəzasında öldüyünü demələrini istəyiblər.

Nəsim Sidqinin dəfn mərasimi də Sayınqalada məmurların təzyiqi və nəzarəti altında səssiz və az sayda insanın iştirakı ilə keçirilib.

Həmçinin yoxlayın

Uitekaf və Əraqçi Nyu-Yorkda danışıqlar aparıb

GADTB: ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitekaf bildirib ki, çərşənbə axşamı, 22 sentyabr 2026-da BMT Baş …

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …