ABŞ-dan sonra Çin də Türkiyənin “Bayraktar TB2” PUA-nı kopyaladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk PUA-ları dünyaya örnək olur! ABŞ-dan sonra Çin də Türkiyənin yerli və milli istehsalı olan PUA-lar dünyanın diqqətini çəkməkdə davam edir.

Türkiyə müdafiə sənayesinin illərlə əməyi nəticəsində istehsal olunan PUA-ların müştəriləri artmaqla yanaşı, bu əsərləri kopyalayan ölkələr də var.

İkinci Qarabağ savaşında dastan yazmış “Bayraktar TB2” PUA Çinin radarına düşüb. Çin müdafiə sənayesinin ən böyük şirkətlərindən olan CETC istehsal etməyi planlaşdırdığı PUA modelini təqdim edib.

Modelin “Bayraktar TB2” ilə oxşarlığı diqqətdən qaçmayıb.

Qeyd edək ki, bundan öncə ABŞ şirkətlərindən biri “Bayraktar TB”-nin kiçik kopyasını təqdim etmişdi. 

Həmçinin yoxlayın

Abbas Lisani və Yusif Karı istintaqda iştirakdan imtina ediblər

GADTB: Azərbaycanlı milli fəallar Abbas Lisani və Yusif Karı istintaq prosesini “şou xarakterli, qeyri-hüquqi və …

Şərqi Azərbaycan vilayətində çox sayda işçi işsiz qalıb

GADTB: Son bir neçə həftə ərzində Şərqi Azərbaycan əyalətində istehsalat sahələrində çalışan daha 2 min …