Bazar , Avqust 23 2026
azfa

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Güney Azərbaycanda türklərin müdafiəsinə dair sözləri barədə GADTB-nin bildirişi

GADTB: Azərbaycan Prezidenti cənab İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransının açılışındakı çıxışında Tehran rejiminin mahiyyətini açaraq, Güney Azərbaycanda Azərbaycan türklərinin hüquqlarının müdafiəsini gündəmə gitrmişdi.  

Azərbaycan Prezidenti İranın iç üzünü və mahiyyətini açaraq, Güney Azərbaycanda Azərbaycan türklərinin hüquqlarının müdafiəsi barədə demişdi: “Biz hər zaman istənilən anti-Azərbaycan bəyanatına və hərəkətinə cavab vermişik və verəcəyik. Bu səbəbdən biz İran ilə sərhəddə hərbi təlimlər keçirməli olduq ki, onlardan qorxmadığımızı nümayiş etdirək. Biz həyat tərzimizin, Azərbaycanın dünyəvi inkişaf vektorunun və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Onlar xalqımızın bir hissəsidir”.

Azərbaycan Prezidenti həmçinin İranın riyakar, anti-Azərbaycan mahiyyətini ifşa edərək deyib: “İran rəsmiləri, o cümlədən yüksək rütbəli şəxslər Ermənistanın ərazi bütövlüyünün İran üçün “qırmızı xətt” olduğunu bildirir. Niyə onların heç biri bizim haqqımızda da danışmır? 30 il ərazilərimiz işğal altında olub. İran rəsmilərindən Azərbaycanın ərazi bütövlüyünün İran üçün “qırmızı xətt” olduğunu eşidən varmı? Yox. Bu, Azərbaycan xalqının verdiyi sadə sualdır. Tək mən yox”.

Cənab Prezidentin Azərbaycanın güneyində yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsinə təkid etməsi Azərbaycan dövlətinin güclənməsinin göstəricisidir və Azərbaycan Prezidentinin bu mövqeyi Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) və bütün azərbaycanlılar tərəfindən alqışlanır.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) və ümumiyyətlə güneyli olaraq Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu mövqeyini və 40 milyonluq Azərbaycan türkünün hüquqlarını müdafiə etməsini tarixi hadisə kimi dəyərləndirir və daim cənab Prezident və Azərbaycan dövlətinin yanında olduğumuzu və dəstəklədiyimizi bildiririk.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Molla rejimi ordunun müdafiədən hücum doktrinasına keçdiyini bildirir

GADTB: İran ordusunun sözçüsü, briqada generalı Məhəmməd Əkrəmian bildirib ki, Fars körfəzindəki son hərbi əməliyyatlardan …

Molla rejimi husilərə yeni hərbi və texniki dəstək göndərir

GADTB: “Şeba Kəşfiyyatı” İranın Yəməndə hərbi və texniki mövcudluğunu gücləndirdiyini açıqlayıb. Məlumata görə, “Əbu Mustafa” …